Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda alman dilini öyrənmək istəyənlərin sayı sürətlə artır: Qiymət də bahalaşıb - MÜSAHİBƏ



Pulsuz dərs keçməklə həm də pul qazanmaq mümkündür. Bu gün Azərbaycanda genişlənən biznes sahələrindən biri də Youtube kanalının gətirdiyi gəlirlərdir. Müəyyən bacarıqları, savadları, peşələrinə görə üstünlükləri olan şəxslər Youtube-da kanal yaratmaqla pulsuz dərslər təqdim edir. Baxış sayı artdıqca bu kanal sahibinə qazanclar gətirir. 

Həmsöhbətimiz Tofiq Hüseynov da "Your IELTS Guide" kanalı ilə gələcəkdə daha çox uğurlar qazanmağı hədəfləyib.

Bakı Avrasiya Universitetinin “İngilis dili və Ədəbiyyatı” fakültəsinin məzunu (2013-2017) olan həmsöhbətimiz hazırda müxtəlif kurslarda, həmçinin onlayn formada ingilis dili kursunu tədris edir. 

Universitetə daxil olandan ingilis dilinin tədrisi ilə məşğul olan T.Hüseynov hazırda "Learn Academy"da İELTS təlimatçısı kimi çalışır.

- İlk növbədə ölkəmizdə yenicə biznes sahəsinə çevrilən İELTS-ə olan maraqdan danışaq.
- İELTS həm təhsil, həm də iş üçündür. Azərbaycanda ən çox tələb olunan kurslardan biri İELTS-dir. Bu kursu uğurla bitirməklə xaricdə iş tapmaq olur. Hazırda ingilis dilinə görə daxil olan müraciətlərin 60-70 faizi İELTS-lə əlaqədardır, Bu kursların qiyməti 100-150 manat arasında dəyişilir. Fərdi kurslar isə 250 manatdan başlayır.

- Hazırda həm də pulsuz dərslər tədris edirsiniz. Maraqlıdır, bu layihə sizə nələr qazandırır və burada marağınız nədir.
- “Your IELTS Guide” kanalını yaratmaq üçün Youtube şirkəti ilə müqavilə bağladım. Artıq iki həftədir ki, yaradılan kanalda ümumi baxış sayı 3 mindir. Bu dərslər sırf imkansız şəxslər üçündür. Davamlı olaraq bu kanalda qısa videolar yerləşdirirəm. Videolar yalnız İELTS haqda deyil. Ümumlikdə, ingilis dilinin ən incə detalları izah edilir.

- Bu qiymətləri yüksək hesab etmək olarmı?
- Xeyr. İELTS bu gün dünyada ən çox tələb olunan kurs hesab olunur. Bu kursu uğurla bitirmək bir çox üstünlüklər verir. Orta səviyyə intermediate level hesab olunur. Bu səviyyəni 3 aya bitirmək olar. Tələbələrin istəklərinə uyğun proqram hazırlanır. Orta səviyyədə 3 aylıq kurs zamanı 6-7 bal da yığmaq mümkündür. Lakin daha yüksək səviyyədə qısa müddətdə kursu bitirmək olar. “Advanced” səviyyədə olan tələbələr daha çox prestijlidir. Çünki onlar S1, S2 dərəcəsindədirlər. Bu kurslara maraq göstərilməsində əsas səbəb işlə bağlıdır. Kurslarımız təxminən saat yarım davam edir. Kursda 10 tələbəm var. Müəllim yalnız tədrislə məşğul olmamalıdır. Həmçinin üzərində də işləməlidir. Bu səbəbdən də günün 3-4 saatını üzərimdə işləyirəm.

- Onlayn kurslarınıza daha çox kimlər maraq göstərir?
- Daha çox iş adamları onlayn kurslara maraq göstərir. Bu şəxslər bizneslə məşğul olmaq üçün dili daha da təkminləşdirirlər. Hazırda xaricdən də tələbələrim var. Xüsusən də Almaniyada yaşayan azərbaycanlılar onlayn kursuma maraq göstərir. Çünki Almaniyada olan dil kursları çox bahadır.

- Onlayn kurslara marağın əsas səbəbi nədir?
- Əsas səbəb insanların evdən çıxmadan, vaxt itirmədən kursu mənimsəmələridir. Həmçinin onlayn kurslar digərləri ilə müqayisədə daha sərfəlidir.

- Öncələr TOEFL daha çox məşhur idisə, hazırda İELTS-ə olan maraq onu üstələyib...
- İELTS-da olduğu kimi TOEFL-da da 4 bacarıq tələb olunur: dinləmə, yazma, danışma və oxuma. Onların bir-birindən çox cüzi fərqi var. TOEFL-da imtahan kompyüterlədirsə, İELTS-də belə deyil.

- Dil bacarığını təkminləşdirmək üçün nə etmək lazımdır?
- Dil öyrənmək, bacarığı daha da təkminləşdirmək üçün mühitin olması daha vacibdir. Uşaqlar dili olduqları mühitdə ikən öyrənirlər. Rusiyada 7 yaşlı uşaq vardı, o müxtəlif dillər bilirdi. Səbəbi də uşağın müxtəlif mühitlərdə böyüməsi olub. Elə şəxslər var ki, qulaq asaraq öyrənirlər. Lakin hamının buna zamanı çatmır. İngilis dilini təkminləşdirmək üçün 4 istiqamətdə çalışmaq lazımdır. Bununla yanaşı qrammatika biliklərini də təkmilləşdirmək lazımdır. Bundan başqa qulaq asıb müəyyən qeydlər aparmaqla da dili təkminləşdirmək olar. Davamlı olaraq müxtəlif məqalələr oxumaq məsləhətlidir. "Science Daily", BBC, CNN kimi xəbər saytlarını məsləhət görürəm. Podkastları dinləmək məsləhətdir. “NATİVE”-lərə qulaq asmağı məsləhət görürəm. Bundan başqa engwid.com saytı da dilini təkminləşdirmək istəyənlər üçün faydalıdır.

- Tələbələr ən çox nəyə görə çətinlik çəkir?
- Müxtəlif ləhcələrin olması tələbələr müəyyən çətinlik yaradır. Bu səbəbdən də dili öyrənmək müəyyən problemlər yaradır. Amerikan, Britaniya aksentindən fərqli olaraq, Şotlandiya və Avstraliya ingiliscəsi daha mürəkkəbdir. İELTS-da da bu 4 ölkənin ləhcəsindən istifadə edilir. Dilimiz zəifləməsin deyə hər gün bir film izləməliyik. Təxminən saat yarımlıq olan bu filmlər dilimizin inkişafına müsbət töhfəsini verəcək. Çünki burada biz gündəlik danışıq və fərqli ləhcələr eşidə bilirik.

- Alman dilini də bilirsiniz. Bu dilə tələbat düşünürəm ki, son zamanlar kifayət qədər artıb.
- Son zamanlar alman dilinə tələbat artıb. İngilis dili ilə məşğul olduğum üçün bu dili tədris etməyə bir o qədər də zaman ayıra bilmirəm. İngilis dilindən fərqli olaraq alman dilinə tələbat çoxdur. Artıq Azərbaycanda ingilis dilini bilənlər kifayət qədərdir. Lakin alman dilini bilənlər bir o qədər də çox deyil. Bu səbəbdən gələcək üçün daha prestijli olsun deyə alman dilinə maraq artıb. İngilis dilindən fərqli olaraq alman dil kursları daha bahadır. Qiymətlər 90 manatdan başlayır.

Pulsuz İELTS və ingilis dili dərslərindən yararlanmaq üçün bu linkdən yararlana bilərsiniz:
https://www.youtube.com/channel/UCg1UEwR4fqnaWCxa5hKfP4g/videos

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений