Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanda autizm xəstələrinin sayı niyə artıb? – PEDİATRDAN SOS SİQNALI



Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nevroloji uşaqlarla bağlı yaydığı məlumat ajiotaja səbəb olub

Cebhe.info-ya açıqlama verən pediatr Vaqif Qarayev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yaydığı, "0-13 yaşlı uşaqların 25 faizi nevroloji problemlidir" məlumatına belə aydınlıq gətirib: 

“Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin məlumatına görə, autizmin ən çox aşkarlandığı ölkələr arasında Azərbaycan ikinci yerdədi. Autizm yoluxucu xəstəlik deyil ki, bu qədər intensiv yayılsın. Niyə belə olur? Çünki ölkədə az qala hamı, müvafiq təhsili olan, olmayan da autizm diaqnozu qoyur. Hər tində psixoloji mərkəzlər açılıb. Əksəriyyət hiperdiaqnostika (diaqnozun əsassız şişirdilməsi, yalançı diaqnoz) ilə məşğuldu. 2,5-3 yaşlı uşaqlarda autizm xəstəliyi pediatr, nevroloq və psixoloqun birgə müayinəsindən sonra diaqnoz olaraq qoyula bilər. Yalnız bundan sonra digər mütəxəssislər - psixiatr, nevropsixoloq, loqoped, defektoloq və s. müalicə və reabilitasiya prosesinə qoşula bilər!”.

Pediatrın sözlərinə görə, müxtəlif növ nitq və davranış pozğunluğu autizm hesab edilmir: “Valideynləri bilərəkdən və əsassız olaraq, təşvişə salmaq etikadan kənardır. Hərə bacardığı işlə məşğul olsa, daha yaxşıdır. Bu məsələlər dövlət tərəfindən tənzimlənməlidir. "Psixoloq"lar ,"loqopedlər" uşaqların müayinəsindən kənarlaşdırılmalıdır. Problemli uşaqlar peşəkarlara yönləndirilməlidir. Qiymətlər hamı üçün əlçatan olmalıdı. Mətbuat, telekanallar ucuz şoulardan nəfəs dərib ciddi məsələlərlə də məşğul olmalıdır”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений