Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda biabırcılıq: Məktəbli qız qardaşından hamilə qaldı



Hacıqabul rayonunda inanılmaz hadisə baş verib. 

Criminal.az xəbər verir ki, məktəbli qız qardaşından hamilə qalıb.

Hadisə rayonun Meyniman kəndində baş verib. Kənd məktəbinin 7-ci sinif şagirdi Sona Qədimova (ad-soyad şərtidir) ögey qardaşından 4 aylıq hamilədir. Onun hamilə olması qarnının böyüməsindən sonra xəbər tutublar. Məlum olub ki, məktbli qız ögey qardaşı ilə intim münasibətdə olub və ondan hamilə qalıb.

Meyniman bələdiyyəsinin sədri Vəli Ələkbərov bildirdi ki, hadisə barədə 4 gün əvvəl xəbər yayılıb. Bacısı ilə intim əlaqədə olan qardaşın anası bir neçə il əvvəl dünyasını dəyişib. İntim əlaqədə olan qız onun ögey bacısıdır. O, bir müddət əvvəl hərbi xidməti başa vurub.

Hacıqabul rayon Polis Şöbəsindən bildirildi ki, bacısı ilə intim əlaqədə olan qardaş artıq həbs edilib. Cinayət işinin istintaqını prolurorluq aparır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений