Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda deputat vəfat etdi - FOTO




Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedaqogika elmləri doktoru, Əməkdar elm xadimi Həsənli Oruc Qafar oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.

Cebhe.info məlumat verir ki, 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan, AMEA-nın müxbir üzvü, professor Oruc Həsənlinin 200-dən artıq elmi əsəri, kitabı və monoqrafiyası var. 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.

Qeyd edək ki, O. Həsənli Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif olunub.

Hicranə İsmayılova

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений