Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda devalvasiya gözlənilir? - Palata rəhbərliyindən açıqlama



"Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur".

APA xəbər verir ki, bunu bu gün Bakıda "Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası"nın təsis edilməsinə həsr edilməsinə konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib.

"Son bir həftə ərzində Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Bizim müşahidələr və apardığımız təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbnatlarını qarşılamamaq imkanları yoxdur. Mərkəzi Bank yetərincə banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib.

Bu sadəcə psixoloji amildir. Bizim apardığımı təhlil göstərir ki, burada alışı həyata keçirən daha çox əhali qrupudur. Bizim apardığımız hesablamalara görə son 1 həftə ərzində ortalama valyuta alışı adambaşına 800-1300 dollar olub. Bu onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb. Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur", - deyə İ.Alışov vurğulayıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений