Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda ən bahalı dərmanlar - Siyahıda nələr var? - İqtisadçı ÇAĞIRIŞ etdi



Məlum olduğu kimi 2017-ci ilin dekabrın 8-də Azərbaycan Respublikası Tarif Şurasının növbəti iclası keçirildi. İclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edildi. Ümumilikdə, indiyədək dövlət qeydiyyatına alınmış 10713 adda dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq olundu. Dərmanların tam siyahısı İqtisadiyyat Nazirliyinin internet səhifəsində əks olunub.

İqtisadçı-ekspert Vüsalə Əhmədova Cebhe.info açıqlamasında bildirib ki, qiymətləri dövlət tərəfindən təsdiq olunmuş dərman preparatlarının apteklərdə fərqli qiymətlərlə satıldığı hər kəsə məlumdur:

“Bu dərman vasitələrinin keyfiyyət və mənşəyindən isə heç bəhs etməyə dəyməz. Tarif şurasının siyahısında yer alan yalnız bir neçə dərman vasitəsinin qiymətlərinə və müqayisə üçün qarşılarında həmin dərmanların Avropa və Rusiya bazarlarındakı qiymətlərinə diqqət çəkmək istərdim.

Revoleyd (eltrombopag) – 3.996,75 manat (735,63 – 1.904,42 manat)
Viktrelis (boceprevir) – 4.012,63 manat (1.029,34 – 1.784,19 manat)
Afinitor (everolimus) – 4.517,44 manat (1.152,86 manat)
Zytiqa (abiraterone) – 5.364,73 manat (2.023,00 manat)
Qammanorm (immunoglobulin) – 6.498,67 manat (451,00 avro)
Perjeta (pertuzumab) – 6.843,25 manat (796,02 manat)
Kadsila (trastuzumab) – 7.089,46 manat (1.399,90 manat)
Gonal (follitropin alfa) – 9.704,32 manat (207,43 – 491,20 manat)
Jakavi (ruxolitinib) – 10.199,86 manat (3.005,68 manat)
Novoseven (eptacog alfa) – 10.935,33 manat (214,00 – 2.437,48 manat)
İnlita (axitinib) – 17.079,54 manat (686,22 – 3.238,99 manat)

Nəzərə alaq ki, qeyd etdiyim dərman preparatları ağır virus xəstəlikləri, QİÇS, xərçəngin ağırlaşmış formasından əziyyət çəkənlər qəbul edirlər və bu dərman vasitələri onlar üçün həyati əhəmiyyət daşıyır. Ölkədə mövcud əmək haqları və ya təqaüdlərlə alınması imkansız olan bu dərman vasitələrinin qiymətlərini kimlər və nəyə əsasən təyin edirlər? İnhisara son deyək!”

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений