Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AZƏRBAYCANDA erkən parlament seçkiləri gündəmdə



Ötən gün ölkə başçısının sərəncamı ilə daha 2 deputat yeni hökumətin tərkibində yer aldı.Bununla da Milli Məclisdə boş yerlərin sayı 8-ə çatdı.Bundan əvvəl Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olundu.Ardınca deputat Vüsal Hüseynov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, deputat Fuad Muradov isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyinat aldı.Deputat Muxtar Babayev isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin edildi.

Bundan öncə isə millət vəkillərindən Mehriban Əliyeva birinci vitse-prezident, Əli Əhmədov baş nazirin müavini, o cümlədən, Mübariz Qurbanlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edildikləri üçün onların deputalıq fəaliyyətlərinə xitam verildi. Bir neçə gün öncə isə millət vəkili -71 yaşlı Astan Şahverdiyev qəflətən ürəktutmasından dünyasını dəyişib.

Artıq Milli Məclisdə 8 boş mandat qalır ki, bu da növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını artırır. Bu təyinatlar parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinə səbəb ola bilərmi?

Hüquq müdafiəçisi Azər Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalının yüksək olduğunu deyib. Onun sözlərinə görə, mövcud parlament çevik islahatların aparılmasına cavab vermir:

“Xüsusilə Azərbaycan kimi deputat sayı az olan bir ölkədə 8 yerin uzun müddət boş saxlanılması məqsədəuyğun olmayacaq. Bu baxımdan düşünürəm ki, ən azından həmin dairələr üzrə seçkilərin keçirilməsi işin xeyrinə olardı.Digər tərəfdən də ölkədə böyük islahatların aparılmasına ümidliyik.Artıq bu istiqamətdə düyməyə basılıb.Prezidentin Nazirlər Kabineti ilə bağlı atdığı addımlar bunu deməyə əsas verir.Eyni zamanda ölkə başçısı bir sıra icra strukturlarına parlament üzvlərindən təyin edib.Bu o, ehtimalı gücləndirir ki, parlament, ümumiyyətlə, buraxılsın və ölkədə növbədənkənar seçkilər keçirilsin.Əslində bu təcrübə yaxın keçmişdə qonşu ölkələrdə baş verib.Məsələn, 2015-ci ildə Qzaxıstanda növbədənkənar prezident, ardınca parlament seçkiləri keçirildi.Bunu həyata keçiriləcək islahatların daha dayanıqlı şəkil alması üçün edirlər.İndiki parlamentin tərkibi prezidentin çevik islahatlar aparması üçün o qədər də əlverişli deyil.Parlamentdə bizim arzu etdiyimiz yüksək tələblərə cavab verəcək deputatların sayı o qədər də çox deyil. Bu baxımdan ehtimal etmək olar ki, prezident islahatların daha çevik aparılması üçün parlamentin buraxılması ilə bağlı qərar versin”.

Vilayət

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений