Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanda evsizlərin yaşadığı binada müəmmalı hadisə - FOTO



Dünən Mingəçevir şəhərində istifadəsiz binada tapılan kişi meyitinin kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb. 

Şəhərin 20 Yanvar küçəsində istifadəsiz qalmış dördmərtəbəli tikilidə aşkarlanmış yarıyanmış-yarıçürümüş kişi meyiti Patoloji Anatomiya Birliyinin Yevlax şöbəsinə aparılıb. 30-35 yaşlı həmin şəxsin üzərində hər hansı sənəd tapılmadığından adını müəyyənləşdirmək də mümkün olmayıb.
 
Bildirilir ki, meyitin tapıldığı binada xeyli vaxtdır ki, tüfeyli həyat tərzi sürən və evi olmayan insanlar yaşayır. Ölən şəxsin həmin insanlarla münasibətinin olub-olmadığı, bədbəxt hadisə nəticəsində və ya qəsdən öldürüldüyü də aydın deyil.
 
İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxs bir neçə gün əvvəl vəfat edib. Çünki binanın ətrafında güclü qoxu yaranıbmış və ətrafda yaşayan sakinlərin müraciətindən sonra orada axtarış aparılıb. (lent.az)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений