Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda investisiya şirkətlərinin renkinqi (yanvar-dekabr, 2017-ci il)



Bakı Fond Birjası (BFB) 2017-ci ilin yanvar-dekabr aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.
 
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 4,928 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 4,756 mlrd. manatla "Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 2,969 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 2,135 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 573,8 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 297,7 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 53,3 mln. manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
 
"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.
 
№ İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN
1 Unicapital 4 928 361773
2 Paşa Kapital 4 756 008 129
3 İnvest-Az 2 968 555 220
4 AzFinance 2135 322 297
5 Xalq Kapital 573 781 572
6 PSG Kapital 297 735 991
7 Kapital Menecment 53 258 85
 
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" QSC törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.
 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений