Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda nə qədər məhbus var? - Penitensiar Xidmətdən AÇIQLAMA



“2016-cı illə müqayisədə Azərbaycanda məhbusların sayı azalıb. Prezidentin 10 fevral, 2017-ci il tarixli sərəncamı olub. İlin sonunda Milli Məclis tərəfindən cinayət qanunvericiliyinin humanistləşməsi, dekriminallaşması istiqamətində tədbirlər görülüb, bir sıra maddələrdə cinayət tədbiri aradan qaldırılıb. Bu səbəbdən də məhkum və həbs olunmuş şəxslərin sayı azalıb. Məhbusların sayı və onlar üçün ayrılan vəsait xidməti istifadə üçün olduğundan açıqlanmır”. 

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Cebhe.info-ya açıqlamasında belə deyib. Onun sözlərinə görə, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda saxlanılan məhbusların sayı azdır: 

“Azərbaycanda məhbusların sayına görə MDB məkanında da fərqlənir. Avropa ölkələri ilə müqayisədə olduğu kimi, MDB məkanı ilə müqayisədə Azərbaycanda məhbusların sayı azdır. Bundan başqa məhbusların fiziki, psixoloji durumunun yaxşı olması üçün kifayət qədər şərait yaradılıb. İldən-ilə məhbusların vəziyyətinin yaxşılaşdırılması üçün ayrılan vəsaiti artırılır”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений