Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda neçə xəstəyə bir həkim düşür? - Bakı rayonları həkimsiz qoyub



Azərbaycanda əhalinin sayı 9 milyon 810 min nəfərdən daha artıqdır. 

Maraqlıdır, ölkədə fəaliyyət göstərən həkimlərin sayı nə qədərdir və bu saylar bir-birinə adekvatdırmı? İlk olaraq, ölkədə fəaliyyət göstərən həkimlərin sayına nəzər yetirək?

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Cebhe.info-ya verilən məlumata görə, 2017-ci ilin əvvəlində Azərbaycanda həkimlərin sayı 32 min 189 nəfər olub. Eyni ilin əvvəlinə aid olan hesabata görə 2017-ci ilin əvvəlinə aid olan rəqəmlərdə isə orta tibb işçilərinin sayı 54 min 457 nəfər olub ki, bu da öncəki illə müqayisədə daha azdır. Belə ki, 2016-cı ilin əvvəlində orta tibb işçilərinin sayı 54 min 900 nəfər olub. Elə həmin ilin əvvəlində həkimlərin sayı 32 min 458 nəfər olub. 

Həkimlərin sayının əhalinin sayına adekvat olub-olmaması haqda isə tibb elmləri namizədi, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında danışıb:

“Həkim sayı həlledici bir məsələ deyil. Qeyd etdiyiniz rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda orta hesabla hər 81 nəfərə 1 həkim düşür. Ümumi baxdıqda həkim sayı pis deyil. Hətta İngiltərə, Almaniya kimi ölkələrdə həkim sayı aşağıdır”. 

A.Qeybullanın sözlərinə görə Azərbaycanda əsas problem regionlarda həkimlərin sayının azlığıdır: 

“Düzdür, etiraf etməliyik ki, son zamanlar regionlarda maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində müəyyən tədbirlər görülüb, xəstəxanalar təmir edilib. Lakin görülən bu işlərin vətəndaşın xeyrinə də dəyişmək üçün mütləq kadr təminatı olmalıdır. Bunun üçün də regionlarda çalışan həkimlərin də əmək haqqısı yüksək olmalıdır. Təəssüflər olsun ki, bu gün həkimlərin böyük əksəriyyəti Bakıda toplaşıb. Regionlarda da həkimlərin normal fəaliyyətinə şərait yaradılmalıdır”. 

Qeyd edək ki, yüksək inkişaf etmiş ölkələrdə əhalinin hər 100 min nəfərinə orta hesabla düşən cərrahların sayı 70 və daha çox olur. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений