Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda neft hasilatı azalacaq- OPEC PROQNOZ VERDİ



OPEC 2018-ci ildə Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz verib. Cebhe.info xəbər verir ki, təşkilatın proqnozuna görə, hasilat ötən illə müqayisədə  sutkada 0,03 milyon barrel azalacaq.

Təşkilatın aylıq hesabatında qeyd olunur ki, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır. Xatırladaq ki, OPEC-in əvvəlki hesabatında da bu rəqəmlər yer almışdı:

"Birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı ki, bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına səbəb oldu. 2017-ci ildə Azərbaycan neftinin tədarük həcmi sutkada 0,05 milyon barrel azaldı və 0,8 milyon barrel/sutka təşkil etdi".

Xəzər

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений