Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda seysmik aktivlik? - "1 saat sonra nə olacağını deyə bilmərik"



Qonşu ölkələrdə baş verən zəlzələlər regionda seysmoloji aktivliyin artdığını göstərir. İran İslam Respublikasının ardınca bu günlərdə Türkiyədə yeraltı təkanlar müşahidə olundu. Bundan sonra ölkəmizdə də bəzi bölgələrdə zəlzələ baş verdi. 

Azərbaycanda seysmoloji aktivlik gözlənilirmi? 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin  İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova Cebhe.info-ya açıqlamasında bildirib ki, regionda seysmik baxımdan aktiv  olan zonalar var ki, onlarda aktivlik müşahidə olunub: 

“Azərbaycanda hələ vəziyyət normaldır. Son dövrlərdə baş verən zəlzələlər bir o qədər də güclü olmayıb. Doğrudur, sonuncu  dəfə Şəkidə, Lerikdə zəlzələ baş verib, amma Azərbaycanda digər regionlarla müqayisədə seysmik fon normaldır”. 

Bununla belə zəlzənin qabaqcadan proqnozlaşdırılmasının mükün olmadığını xatırladan Vüsalə Hüseynova “Bir saatdan sonra nə olacağını deyə bilmərik”- dedi.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений