Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanda siqaretlə bağlı qərar verildi: Son 12 gün



Siqaretin qiymətində son zamanlar baş verən artım və azalmalar siqaret qıtlığına səbəb olub.

Cebhe.info- ya daxil olan məlumata görə, artıq iyun ayının 1-dən Bakının bütün köşklərinə siqaretlərin verilməsi dayandırılacaq. Məsələ ilə bağlı paytaxtın mərkəzi küçələrində bir neçə köşk satıcı ilə danışdıq. 

Əldə etdiyimiz məlumatı onlar da təsdiqlədi. Satıcılar artıq iyun ayının 1-dən şirkətlərin köşklərə siqaret verməyəcəyini bildirib. Bunun səbəbinin isə qiymətin qeyri-müəyyən olması, tez-tez artıb- azalması ilə izah edib:

“Qiymətlər tez-tez qalxır- düşür. Ona görə də şirkətlər iyun ayının 1-dən bizə siqaret verməyəcək. Şirkət nümayəndələri bunu özləri də deyirlər. Çox güman ki, ayın 1-dən stabil qiymətlər müəyyənləşəcək, yaxud da qiymət yenə artacaq. Amma biz də hələlik heç nə bilmirik. Versələr satacağıq, verməsələr yox”. 

Rövşən Əsədov 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений