Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda süd bir gündə bahalaşdı – SƏBƏB



Paytaxtın bir çox mağazalarında satılan şüşələrdə qablaşdırılmış südün qiyməti qalxıb. 

"Altay" Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bu haqda məlumat verib. O, bildirib ki, ümumiyyətlə süd istehsal edən bütün firmaların qiymətində artım var:

“Bir ildən artıq müddət olardı ki, Azərsüd-ün istehsal etdiyi şüşələrdə qablaşdırılmış südün qiyməti 1.60 manat təşkil edirdi. Daha sonra qiymət qalxdı, 1.80, bir neçə ay öncə isə 2.40 manat oldu. Azərsüd-ün südlərinin istifadə müddəti qısa olduğu üçün hər zaman bu firmanın məhsullarını almışıq. Azərsüd-lə yanaşı digər firmaların Palsüd, Milla, Atenanın da məhsullarında qiymət artımı var. Məsələn 1.10 manata olan qablaşdırılmış südlərin qiyməti 1.70 manat təşkil edir. Bahalaşma var. Hətta, kənd yerlərində belə təmiz südün litri 1 manatdır. Maraqlıdır ki, mağazalarda qiymət niyə bu qədər qalxıb, 3 manat olub. Camaatdan 1 manata aldığı bu süd məhsulnunu ən çox 1 manat 60 qəpiyə sata bilər. Xaricdən gətirilən südlrəin qiyməti belə 3 manat olmayıb. Hətta avropa ölkələrində yerli pulla uyğunlaşsaq, 3 manata qablaşdırılmış süd satılmır”. 

Maraqlıdır, bu bahalaşmanın səbəbi nədir?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında qiymətin artmasına səbəb amillərdən danışıb: 

“Kənd təsərrüfatı məhsullarısının istehlakı və istehsalı ilə bağlı statistikada da müəyyən ziddiyətlər var. 2018-ci ildən etibarən kənd təsərrüfatında zəruri olan dərmanların da qiymətində dəyişikliklər oldu. Qonşu Gürcüstan, Rusiya, Türkiyədə olduğu kimi Azərbaycanda da müəyyən bahalaşma oldu. Bu da qiymət artımına təsir edən amillərdəndir”.

R.Abbasbəylinin sözlərinə görə bahalaşma həm də mövsümlə əlaqəli ola bilər: 

“Hələlik fundamental bahalaşmadan söhbət getmir. Qış aylaırnda əhalinin süd və süd məhsullarına tələbatı artır. Tələbat artdığı üçün qiymətlərin artması qaçılmazdır”. 

Bundan başqa xaricə ixrac da qiymət artımına zərurət yaradıb: “Süd və süd məhsullaınını xaricə ixracı sürətləndiyi üçün daxildə tələbat artıb. İstehsal olunan süd ölkədaxili tələbatı qarşılamır. Bu səbəbdən də xaricdən süd və süd məhsulları alınır. Südün qiymətinin artması digər süd məhsullarının qiymətinin də artmasına səbəb olacaq”.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений