Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda və Çexiyada məmurlar: Hüquq müdafiəçisi müqayisə etdi



“Çoxlu sayda insanın mühacirətə getmə səbəblərindən biri də ölkəmizdə sosial müdafiənin çox aşağı səviyyədə olmasıdır.Nazirlər təyin olunur, sonra da nəslinin sosial müdafiəsini təşkil edir. Bir müddətdən sonra o gedir, başqası gəlir və gedən cəzasız qalır, gələn isə onun siyasətini davam etdirir”. 

Cebhe.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. M.Qəhrəmanlı bu sahədə Azərbaycanı Çexiya ilə müqayisə edib:

“Bir qarış torpaq görən kimi orda ağac əkmək əvəzinə ev tikən icra hakimiyyətlərinin əvəzinə güclü bələdiyyələr var.Və bu bələdiyyələrin sosial evləri var. İşsiz insan yoxdur. Real iş idarələri var. Onlar işsizlər üçün dil, peşə kursları təşkil edir, iş axtarır, təkliflər edir. İşsizlərin güclü müdafiəsi var. İşsizlik müavinətləri iş tapana qədər insanın və onun ailəsinin normal yaşamasını təmin edir. Yaşlı insanların güclü sosial müdafiəsi var.Yüksək təqaüddən başqa, çoxlu sayda güzəştləri var. Dövlət qayğısı yüksək səviyyədədir. Pulsuz tibbi sığorta və güclü səhiyyəsi var. Kafelərdə, internet klublarda, kitabxanalarda tələbələr üçün güzəştli xidmət var”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений