Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda xəstəni belə müalicə edirlər - ŞOK VİDEO



Tural İslamov belindəki ağrıları xalq təbabəti ilə müalicə etmək istəyib. Onu ayağından asıb, belinə yaxı qoyulsada ağrıları keçməyib. Həkimlər isə belə şəxslərə xəbərdarlıq edir. Belində ağrı hiss edən şəxslərə düzgün diaqnozun qoyulmaması böyük fəsadlara səbəb ola bilər

Xəzərxəbər məlumat verir ki, ayağından asıb bel yırtığını müalicə ediblər.

Onurğasında ağrılar olan şəxs türkəçarə üsul ilə dərdinə çarə axtarıb. Nəticədə isə ağrıları səngimək əvəzinə daha da artıb. Bu hadisə Tural İslamov adlı bir şəxsin başına gəlib.

Tural İslamovun sözlərinə görə, onu müalicə edən şəxs heç bir müayinə də aparmayıb. Buna baxmayaraq, o Turala bel yırtığı diaqnozu qoyub. Onun etdiyi müalicələrin heç bir təsiri olmadığını görən xəstə, başqa bir həkimə müraciət edib. Məlum olub ki, xəstənin belindəki yırtıq daha da genişlənib.

Həkimlərin sözlərinə görə, belində ağrı hiss edən şəxslərə düzgün diaqnozun qoyulmaması böyük fəsadlara səbəb ola bilər.

Həkim İradə Hacıyeva belə xəstələrə bu kimi risqlərdən və həmin xəstəlikdən bir dəfəlik qurtarmaq üçün ixtisaslaşmış mərkəzlərə müraciət etməyi tövsiyyə edir.

Belində az da olsa, ağrı hiss edən şəxslərə ümumiyyətlə ağırlıq qaldırmaq məsləhət görülmür.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений