Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda yağı bahalaşdıran gizli əllər



Ölkə bazarlarında kərə yağının qiymətində artımın səbəbi qeyri-müəyyəndir.Məlum olduğu kimi ölkənin istehlak bazarında kərə yağı təminatının böyük hissəsini idxal məhsulları tutur.Belə olan təqdirdə alıcılar üçün bu qiymət artımının ciddi rəqəmlər olduğu müzakirə mövzusudur.Qiymətlərdəki bahalıqla əlaqədar olaraq Dövlət Gömrük Komitəsindən də məsələyə reaksiya bildirilib.Belə ki, Komitənin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov kərə yağının qiymətinin baha olmasının gömrük rüsumu ilə bağlı olmadığını deyib.

Xaricdən Azərbaycana gətirilən kərə yağlarının ölkə daxilində qiymətinin artırılması məsələsinə münasibət bildirən, Əzizağa Hüseynov kərə yağının rüsumunu 15 faizdən 10 faizə endirdiklərini vurğulayıb: Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil".

Ə.Hüseynov qeyd edib ki, bəzi mallara spesifik rüsumlar tətbiq olunur: "Buna misal olaraq spirtli içkiləri, tütün məmulatlarını, avtomobilləri göstərmək olar. Eyni zamanda, Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur".

Məsələ ilə bağlı Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bazarda saxta yağların olub-olmadığını yalnız laboratoriyaların müayinəsindən sonra bilmək  mümkündür:

“Qiymətlərin qalxmasında gömrüyün rolu o vaxt olardı ki, sahibkarın birinə yaxşı şərait yaratsın, digərinə imkan verməsin və s... Hələ bir sahibkar yoxdur ki, şikayət etsin ki, mən xaricdən yağ gətirmişdim, icazə vermədilər. Məndə elə bir fakt yoxdur. Bu gün hardasa  ola bilsin ki, gizli monopoliya var. Amma onu aşkar etmək mümkün deyil. Ola bilsin ki, bir şəxs 4 nəfərin adına şirkət açsın və gətirsin. Şübhə ondadır ki, əgər monopoliya yoxdursa, ayrı-ayrı şəxslər Azərbaycana kərə yağını gətirirsə, niyə ölkənin bütün yerlərində qiymət eynidir?Bax bu məsələ düçündürücüdür.Əgər ayrı-ayrı şəxslər gətirərdisə, bazar iqtisadiyyatında rəqabət yaranardısa, onlar həmin malları alanda da fərqli qiymətə alarlar, gətirmə xərcləri də fərqli olar, satanda da bunu ucuz qiymətə satarlar ki, dövriyyəsi çox olsun.Qazancı malın dövriyyəsindən deyil, satılmasından əldə olunsun.Belə şəraitdə Azərbaycanın hər yerində yağın qiymətinin eyni vaxtda qalxıb, eyni vaxtda düşməsi, demək olar ki, eyni qiymətə olması şübhə yaradır ki, burada monopoliya var”.

Ekspertin sözlərinə görə idxala sərbəstlik verilir:

“Kim istəyir gətirə bilir. Hansı sahibkara mal gətirilməsində maneçilik edilirsə, bunu açıq şəkildə çıxıb deyə bilər.Əgər bu varsa, demək ki, Gömrük Komitəsində günah var. Yoxdursa, bunu sübut etmək çox çətindir”. Xatırladaq ki, Nazirlər Kabinetinin 7 noyabr 2017-ci ildə dərc edilən ““Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarına əsasən 2017-ci ilin dekabrın 7-dən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb. 

İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub.Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений