Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda yoxsulların sayı: Dünya Bankı 9 deyir, hökumət 5,2...



Dünya Bankı Cənubi Qafqazın 3 ölkəsində iqtisadi və sosial duruma aid qısa hesabat açıqlayıb. Bank ekspertləri regionda yoxsulluğun ən aşağı səviyyəsinin Azərbaycanda olduğunu qeyd edirlər.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev sənəddə bir neçə maraqlı faktların olduğunu deyib:

“Dünya Bankının hesabatı tamamilə normaldır. Böyük neft gəlirləri Azərbaycanda daha yaxşı sosial-iqtisadi şərtləri təmin edib. Əsas diqqətçəkən məqam odur ki, Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin 9 faiz ətrafında olduğunu qeyd edir ki, bu, Azərbaycan hökumətinin rəsmi göstəricisindən (5,2 faiz) kifayət qədər yüksəkdir. Lakin Bankın 9 faizlik göstəricisi beynəlxalq yoxsulluq şkalası ilə gündəlik adambaşına 2 dollardan aşağı yaşayanları əhatə edir. Beynəlxalq yoxsulluq şkalası 5 dollar götürüldükdə Azərbaycanda yoxsulluq səviyyəsi 28.2 faizə çatır (Ermənistanda 71.7 faiz, Gürcüstanda 69.3 faiz)”. 

İqtisadçı qeyd edib ki, hesabatda maraqlı olan hesablamalardan biri əyalətlərdə yoxsulluq səviyyəsinin daha yüksək olmasıdır: “Məsələn, Gəncə regionunda 17 faiz. Halbuki hökumət bölgələr üzrə yoxsulluq səviyyəsini açıqlamır. Bank ekspertləri vurğulayır ki, devalivasiya və onun doğurduğu qiymət artımı 2015-2016-cı illərdə milyonlarla insanı yoxsulluğa sürüklədi. Amma Azərbaycan hökumətinin rəsmi statikasında manatın kəskin devalvasiyasının doğurduğu nəticələr yoxsulluqla bağlı rəqəmlərdə öz əksini tapmayıb. Bank 3 ölkənin hər birində 1500 ev təsərrüfatı arasında keçirdiyi sorğuların nəticələrinə hesabatda yer ayırıb. "4 il öncə ilə müqayisədə ailəniz indi daha yaxşı yaşayır, ya əksinə" sualına cavablar fərqli olub. Ermənilərin 66 faizi, gürcülərin 57 faizi, azərbaycanlıların 27 faizi yaşayışlarının pisləşdiyini vurğulayıblar. Lakin 3 ölkə arasında bu suala "bilmirəm" cavabına görə ən yüksək faizi də biz toplamışıq - 16 faiz”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений