Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda yoxsulluğu neçə ilə aradan qaldırmaq olar? - İqtisadçıdan CAVAB



Ötən gün millət vəkili Vahid Əhmədov mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycanda yoxsulluq həddinin aradan qaldırılması mümkünsüzdür. Bununla yanaşı, baş nazirin müavini Əli Həsənov gələn ildən Azərbaycanda yoxsulluğun olmayacağını bildirib. 

Ziddiyətli fikirlər bir məsələni gündəmə gətirir: Azərbaycanda yoxsulluğu neçə ilə aradan qaldırmaq olar?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bu haqda danışıb: 

“Azərbaycanda yoxsulluğun aradan qaldırılması düşünürəm ki, çətin bir prosesdir. Artıq 5 ildən artıqdır ki, Şərqi Avropada yoxsulluğun aradan qaldırılması istiqamətində hazırlanan bir çox layihələr Azərbaycanda reallaşdırılıb. Bütün bunlara baxmayaraq, Azərbaycanda sözügedən istiqamətdə ürəkaçıcı bir vəziyyət nümayiş olunmur”.

İqtisadçının sözlərinə görə, Avropada uğur qazanmış layihələrin Azərbaycanda tətbiqinin reallaşdırılmasına mane olan əsas səbəb ölkədə rüşvətxorluq və korrupsiyanın çiçəklənməsidir: 

“Rüşvətxorluq və korrupsiya inkişaf etmiş ölkələrdən daha yüksəkdir. Bu gün Azərbaycanda məhz bu səbəbdən layihələr uğurla həyata keçirilə bilmir. Azərbaycanda pensiya, özünüməşğulluq, ünvanlı dövlət sosial yardımı ilə bağlı bir sıra layihələr həyata keçirilir. Lakin sadaladığım iki amil bu layihələrin normal işləməsinə şərait yaratmır”.

A.Nəsirli bildirir ki, azad sahibkarlıq üçün münbit şərait yaradılmalıdır. Statistikaya nəzər yetirsək, görərik ki, son 10 ildə Azərbaycanda real sektora yönəlmiş sahibkarlıq obyektlərinin böyük əksəriyyəti saxta hesablarla açılıb: 

“Hansının real sahibkar, hansının qeydiyyat xatirinə yaradıldığını müəyyənləşdirmək çətindir. Mülkiyyət hüquqları qorunmalıdır. Bu gün Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı vəziyyət bərbaddır. Heç kəsin sığortası yoxdur ki, sabah əlindəki mülk ondan alınmayacaq. Bununla yanaşı sahibkarların mülki hüquqlarınını müdafiəsi üçün ölkədə müstəqil məhkəmə sistemi yoxdur”.

İqtisadçı deyir ki, bu problemlər həllini taparsa, 3-5 il ərzində Azərbaycanda yoxsulluq aradan qaldırılar. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений