Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda zebra əti satılır? - Baytarlıq Xidmətindən açıqlama



Azərbaycan iribuynuzlu və digər növ ət idxalını artırıb. Bu məlumat Dövlət Statistika Komitəsinin yaydığı hesabatda da əksini tapıb. İribuynuzlu heyvanlarla yanaşı iddia olunur ki, Azərbaycana mənşəyi məlum olmayan heyvan ətləri də idxal olunmaqdadır. Hətta, uzaq ölkələrdən dondurlmuş zebra ətinin gətirilərək qəssabxanalarda iribuynuzlu heyvan əti adı ilə satıldığı da iddialar arasındadır. Təbii ki, sadə vətəndaş aldığı ətin mənşəyini müəyyənləşdirə bilmədiyi üçün satıcıya inanaraq iribuynuzlu heyvan əti adı ilə almağa məcburdur. Bunu müəyyənləşdirən qurum isə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətidir. Elə bu səbəbdən iddialara aydınlıq gətirmək üçün qurumun mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladıq. 

Mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli iddiaların əsası olmadığını bildirdi və qeyd etdi ki, təmsil etdiyi qurum yalnız heyvan və heyvan mənşəli məhsulların sağlamlığını həyata keçirir. Azərbaycana gətirilən, mənşəyi məlum olmayan heyvanlar barədə məlumatın verilməsinin Dövlət Gömrük Komitəsi və Statistika Komitəsinin səlahiyyətində olduğunu deyən Yolçu Xanvəli fürsətdən istifadə edib cari ilin 5 ayı ərzində ölkəmizə idxal olunmuş heyvan ətlərinin əsasən hansı ölkələrdən gətirildiyini də açıqladı: 

"Qeyd etdiyim müddətdə Azərbaycana əsasən vəziyyəti sabit olan ölkələrdən ət idxal olunub. Onların arasında quş əti, iribuynuzlu heyvan əti, xırda buynuzlu heyvan əti, donuz əti gətirilmişdir. Heyvan ətləri Azərbaycana Rusiya, Ukrayna və Gürcüstandan gətirilib. İribuynuzlu heyvan əti Ukrayna, Rusiya və Gürcüstandan, xırda buynuzlu heyvan əti isə Rusiya və Gürcüstandan gətirilib. Donuz əti isə Avropa ölkələrindən gətirilir. İddia olunan zebra əti isə ölkəmizə cari ildə daxil olmayıb. Bu ətlər gətirilən zaman baytarlıq labaratoriyasında əməkdaşlarımız onlardan nümunələr götürür. Respublika labaratoriyasında tələb olunan və insan orqanizminə ziyan verməyən maddələr üzrə yoxlanılır, ondan sonra sağlam məhsul hesab olunaraq satışa verilir. Dediyiniz məsələ ilə bağlı hazırdaheç bir narazıçılıq yoxdur".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений