Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycandan ixrac azalır: Ancaq Tacikistan...



“Azərbaycan MDB ölkələri içərisində Tacikistan istisna olmaqla yerdə qalan dövlətlərin hamısı ilə mənfi saldolu ticarət əlaqələrinə malikdir.

2017-ci ilin nəticələrinə görə, Moldovanın Azərbaycana ixracı bizim Moldovaya ixracımızı az qala 30 dəfə üstələyib”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib: 

“Belarusun Azərbaycana ixracı bizim Belarusa ixracımızdan 7.2 dəfə çox olub. Özbəkistanın Azərbaycana ixracı bizim Özbəkistana ixracımızı 7 dəfə üstələyib. Qırğızıstan Azərbaycana ixracı bizim Qırğızıstana ixracımızdan 1.8 dəfə artıq olub. İkitərəfli ticarətdə Rusiya bizdən 3 dəfə, Türkmənistan 2 dəfə, Ukrayna isə 25 faiz artıq ixracata sahib olublar. Tək istisna olan Tacikistana gəldikdə, biz bu ölkəyə 1.951 milyon dollar dəyərində mal göndərmişik, 47 min dollarlıq mal idxal etmişik”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений