Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanın 200 manatlıq əskinası: "Çıxıb ki?", "Mən onu hələ də görməmişəm"



200 manatlıq əksinazın dövriyyəyə buraxılmasından bir ay keçdi. Bəs, yeni əskinazdan kim istifadə edib?

Cebhe.info bununla bağlı sorğunu təqdim edir:

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov 200 manatlıq əskinazdan hələ ki, istifadə etməyib: “Mən hələ onu görməmişəm də”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı 200 manatlıq əskiniazın dövriyyədə olmasından xəbərsizdir: “Çıxıb ki?” Amma bununla belə bu pulu istifadə üçün yararlı hesab etmir: “Yəni, 50 manata xırda qaytarmırlar qaldı 200 manatlığa. 200 manatlıq pul yığanlar üçün əlverişlidi, o da məndə yoxdu”.

Müğənni Nura Suri də 200 manatlıq əskinazı hələ görməyib: 

“Onu görmək heç marağımda da olmayıb. Onun nə fərqi var ki, pul hansı əskinasladır. Pul xəcləmək üçündür. Fərqi yoxdur ki, o 200 manat, ya 1 manatlıqla olsun, ya da 5 manatlıqla və yaxud bütöv. Bunun mənim üçün heç bir fərqi yoxdur.

“Cümhuriyət” qəzetinin əməkdaşı Yeganə Oqtayqızı isə 200 manatlıq əskinazı görməyi arzulayanlardandır: 

“200 manatlıq əskinasın dövriyyəyə buraxılmasından bir aydan artıq vaxt keçib. İlk vaxtlar deyəndə ki, iri nominallı əskinas buraxılacaq, doğrusu, inanmırdım. Elə ki, yeni əsginas buraxıldı, gözlərim onu hər yerdə axtarmağa başladı. Hətta gözlədim ki, yaxın vaxtlarda əmək haqqım yeni pulla olacaq... Hələ də gözləyirəm... Ancaq nə yalan deyim, bu müddət ərzində heç yuxuma da gəlməyib”. 

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений