Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanın ixracında ən çox bu məhsulun payı var - Nazirlik açıqladı



“Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac payında pomidor birinci yeri tutur”.

Bunu Cebhe.info-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Digər məhsul növlərinə gəlincə, qurum rəsmisi ölkədən pambıq mahlıcının, müxtəlif növ meyvə-tərəvəzlərin üstünlük təşkil etdiyini deyib:

“Bundan əlavə ölkədən müxtəlif növ çayların da ixracı olub. Ümumiyyətlə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulların əksəriyyəti ixrac edilir. Bununla yanaşı ölkəyə idxal olunan kənd təsərrüfatı məhsulları da var. Həmçinin Azərbaycan məzə meyvələrinin, eləcə də fındıq ixracında əsasa yer tutur. Ölkənin ixrac potensialı ildən-ilə artır və ixracın coğrafiyası da genişlənir”.

Murtuzəli Hacıyevin sözlərinə görə, Azərbaycan 80-dən artıq Avropa ölkələri ilə idxal-ixrac əməliyyatı aparır:

“Ölkəmiz kənd təsərrüfatı məhsullarını ən çox qonşu ölkələrə mübadilə edir. Belə ki, Azərbaycan Rusiya bazarlarına, MDB ölkələrinə, Ukraynaya, eləcə də Qazaxıstanla qarşılıqlı idxal-ixrac əməliyyatları həyata keçirdir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений