Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Azərbaycanın lobbiçiliyi qüsurludur" - Hüquq müdafiəçisi



“Azərbaycanın lobbiçilik fəaliyyətində qüsurlar çox idi”. 

Cebhe.info-nun xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov açıqlama verib. 

Onun sözlərinə görə, bu sahədə ən böyük problem ermənilərin Azərbaycanda və xarici ölkələrdə şəbəkə yaratmasından sonra başlayıb: 

“Bu şəbəkə vasitəsi ilə Azərbaycanın lobbi siyasətinə və fəaliyyətinə öldürücü zərbə vuruldu. Şəbəkənin peşəkar fəaliyyətini təmin etmək üçün düşmən tərəf xəsislik etmədi. Vaxtilə Avropa Şurasının Parlament Assambleyasında ermənilərin əleyhinə qəbul etdirə bildiyimiz bir neçə qətnaməyə görə Azərbaycan cəzalandırıldı. Halbuki, daxili satqınlar və daxildən məlumat ötürənlər olmasaydı, bu olmazdı. Mən odur ki, bir neçə il əvvəl KİV-də xəbərdarlıq etmişdim. Düşmənə ilk növbədə daxildən yaradılmış cəbhədə qalıb gəlmək lazımdır”.
 
Sahib Məmmədov deyir ki, hər bir dövlərin öz maraqları naminə lobiçilik fəaliyyəti olur və bu fəaliyyətlərdə hər şey şəffaf ola bilməz: 

“Ermənilər bütün dünyanı pulla, qara kürü ilə, konyakla, öz qadınları ilə, peşəkar yalanları ilə ələ alıb. Yalnız ABŞ konqresində və senatda onlarla konqresmen və senator onların maraqlarına çalışır. Əlbətdə ki, erməninin qara qaşına və profilinə aşıq olmayıb. Bunu hamı bilir”. 

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений