Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanın tank sürən hərbçi qızları - Foto



Azərbaycan Sərhəd Qoşunlarının T-72AB müasir tankının qadın ekipajı hərbi maşını məharətlə idarə edir.

“ Virtualaz.org-bildirir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

Nəşr xatırladır ki, Azərbaycanın Sərhəd Qoşunları müasir hərbi texnika, o cümlədən döyüş meydanında müasir manevrləri ilə əminliklə liderlik edən Rusiyanın T-72AB tankları ilə tamamilə təchiz edilib. Amma onları məhz qızların idarə etdiyi ilk dəfədir məlum olub.

Nəşr vurğulayır ki, yəqin, dünyada heç bir sərhəd qoşunları Azərbaycanın Sərhəd Qoşunları kimi belə yaxşı silahlanmayıb:

“Azərbaycanın qadın tankçılarının hazırlıq səviyyəsi isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir. Bu da təbiidir. Axı bu elit bölməyə düşmək elə də asan deyil-onlar öz bacarıqlarını güclü cinsin təmsiçilərinə daim göstərməli olurlar”.

Xatırladaq ki, T-72 “Ural” SSRİ-nin əsas tanklarının ikinci nəslinin ən kütləvi döyüş maşınıdır. T-72 Nijni-Taqildəki Ural Vaqon Zavodu tərəfindən hazırlanır və istehsal olunur. SSRİ Silahlı Qüvvələrində silahlanmaya 1973-cü ildə qəbul edilib. “Ural” MDB ölkələrinin silahlanmasında özünəməxsus yer tutur. Varşava Müqaviləsi ölkələrinə, eləcə də Finlandiya, Hindistan, İran, İraq və Suriyaya ixrac edilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений