Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanın millisi Ermənistana gedə bilər



Aprelin 15-dən 19-dək Ermənistanın paytaxtı Yerevanda qılıncoynatma üzrə 23 yaşadək (U-23) idmançılar arasında Avropa çempionatı keçiriləcək.

Oxu.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun Azərbaycan Qılıncoynatma Federasiyasına (AQF) prezident seçilməsindən sonra bu idman növündə yenidən canlanma yaranıb.

Belə ki, qılıncoynadanlarımız xaricdə yarışlara göndərilir.

"Azərbaycan sözügedən Avropa çempionatında iştirak edəcəkmi?”

Bu sualla AQF-nin vitse-prezidenti Fikrət Zeynalova müraciət etdik. O bildirdi ki, hələ bu barədə yekun qərar verilməyib. Yəni, millimiz düşmən ölkəyə yollana da bilər, yollanmaya da.

Qeyd edək ki, əvvəllər də başqa idman növlərində yığmalarımız Yerevandakı yarışlarda iştirak edib. Məsələn, 2009-cu ildə gənclər arasında cüdo üzrə Avropa, 2012-ci ildə gənclər arasında boks üzrə dünya və 2014-cü ildə böyüklər arasında kamandan oxatma üzrə Avropa çempionatlarının iştirakçısı olmuşuq.

Onu da bildirək ki, doqquz il əvvəl Yerevanda Azərbaycan himni də səsləndirilib. Belə ki, 100 kq çəki dərəcəsində döyüşən cüdoçumuz Ermənistanda qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvəyə yüksəldib. Bundan başqa, həmin Avropa birinciliyində daha üç idmançımıza medal (bir gümüş, iki bürünc) qazanmaq qismət olub.

Boks üzrə dünya çempionatında isə Mingəçevir boks məktəbinin yetirməsi, 64 kq çəki dərəcəsində mübarizə aparmış Pərviz Bağırov vətənə bürünc medalla qayıdıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений