Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlı gənc yazarın “Xəyallar və gerçəklər”i - FOTOLAR



Azərbaycanlı gənc yazar Səidə Seyidova “Xəyallar və Gerçəklər”  adlı yeni kitabını təqdim edib. 

Cebhe.info-ya açıqlama verən yazar bildirib ki, kitab gənc bir xanımın və onun kimi eyni taleyi yaşayan bir oğlanın həyatına əsasən qələmə alınıb: 

“Real hadisələrə əsasən yazılan kitabda hadisələr tarixlə qeyd olunub. “Xəyallar və Gerçəklər” povesti, hər kəsin sevgini “bəsit” sandıqları hissin, əslində bir o qədər mürəkkəb, şirin və fədəkar olduğunu anlatmaqdadır.

Nərgiz adlı gənc xanım toy gününə az bir zaman qalmış nişanlısı tərəfindən aldadılaraq tərk edilir. Nərgiz bu sarsıntıdan sonra bir daha kimisə sevməyəcəyinə və bağlanmayacağına dair özünə söz verir. Amma 3 il sonra gözləmədiyi anda qarşısına özünə inamlı, gülərüz, mehriban, uğurlu iş adamı olan Rüfətlə rastlaşır və həmin andan həyatına girməklə əvvəlki qədər həyata bağlanmağı, sevilib sevməyə başlayır. Lakin bütün bunlar təsadüf kimi görünsənsə də, əslində Rüfət onun həyatında bir anda həyatına girməyib. Nərgizin yanında olmasının səbəbi keçmişində tamamlanmamış və yarım qalmış həyatıdır. Bunu heç zaman etiraf edə bilmədiyi bir sirdir, bu sirr keçmiş nişanlısı Esmira ilə Nərgizin arasında olan bağlantıdır”.

Qeyd edək ki, S.Seyidova təqdim etdiyi yeni “Xəyallar və Gerçəklər” kitabı üçün fotosessiya da etdirib.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений