Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlı mütəxəssis BP-nin London ofisində direktor təyin edilib



Daha bir azərbaycanlı mütəxəssis İngiltərənin "British Petroleum" transmilli neft-qaz şirkətində yüksək vəzifəyə təyin edilib.

"Report" xəbər verir ki, Leyla Novruzova BP-nin London ofisində Qlobal Biznes Xidmətlərində İnsan Resursları üzrə direktor vəzifəsində çalışacaq.

L.Novruzova bu vaxta qədər "BP-Azerbaijan" şirkətinin insan resursları üzrə vitse-prezidenti vəzifəsində çalışıb.

Aprelin əvvəlində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunmuşdu.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений