Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlılar gedir, yerinə əcnəbilər gəlir: Tibbdə "dəyişiklik"



Son vaxtlar klinikalarda olan xarici həkimlərin sayı artmaqdadır. Onların fərqi həm də müayinə qiymətlərində, əməliyyatlarda da özünü göstərir. Eyni problem səbəbilə yerli və xarici həkimə müraciət edildikdə, ödənilməli olan məbləğ arasında bəzən 2 qat qiymət olur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya açıqlamasında bildirib ki, dövlət özəl klinikaların ancaq müalicə işinə nəzarət edir:

“Dövlətin özəl klinikaların maliyyə və digər məsələlərinə qarışmaq səlahiyyəti yoxdur. Bəzi komitələrin olmasına baxmayaraq, istənilən halda bu tibbi təyinatlı özəl tibb müəssisələri maliyyə, digər məsələlərini özü tənzimləməlidir və tənzimləyir. Bu məsələyə irad bildirmək mümkün deyil. Bu özəl sektorun qaydalarının pozulması olardı”.

Professor qeyd edib ki, xarici həkimlərlə bizim həkimlərin aldığı maaşlarda fərqin olması normaldır:

“Xarici həkimlərin burada hansı şərtlərlə fəaliyyət göstərmələri üçün Səhiyyə Nazirliyinin müvafiq əsasnamələri var. Onların sosial müdafiəsi, sığortası, maaş sistemi başqadır. Xarici mütəxəssislərin burada çalışmasının əsas səbəbi də elə maaşlardır. Onlar burada olan maaşa görə təklifləri qəbul edirlər”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений