Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlılar pulu daha çox harda xərcləyir: SİYAHI



Rəsmi statistikaya görə, ötən il Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 700 min turist gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2016-cı illə müqayisədə 20 faiz çoxdur.

2017-ci ildə Azərbaycana daha çox turist Ərəb Körfəzi ölkələrindən gəlib. Rəqəmlərə inansaq, bu zaman kəsimində ərəb ölkələrindən gələnlərin sayı 65 faiz artaraq 600 mindən çox olub. Avropa İttifaqına üzv ölkələrdən gələnlər də az olmayıb. Belə ki, Azərbaycana gələn tursitlərin artımındakı 17 faiz rəqəmi Avropa ölkələri vətəndaşlarının payına düşür. Məlumdur ki, Azərbaycana təkcə Ərəb Körfəzi və Avropa İttifaqı ölkələrindən deyil, keçmiş Sovet respublikalarının vətəndaşları da təşrif buyurub.

Bu ölkələrdən gələnlərin sayı 14,3 faiz artaraq 1 milyonu ötüb. Turizm mütəxəssisləri hər il Azərbaycana gələn turistlərin sayının artmasını təqdirəlayiq hal hesab edir və bunun büdcə üçün müsbət təsirinin olacağını istisna etmirlər. Mütəxəssislərin fikrincə, ölkəyə turistlərin daha çox gəlişi həm bu sahədə çalışanlar üçün iş yeri, həm də Azərbaycanın tanıdılması baxımından da faydalıdır. Bununla yanaşı, turizmin inkişafı, ölkəyə əcnəbilərin gəlib istirahət etməsi, həm də burada pul xərcləmək və büdcəyə valyutanın daxil olmasıdır. Amma ölkəyə gələnlərlə yanaşı, başqa ölkələrə turist kimi gedənlər də olur. 

Yay və qış mövsümlərində də Azərbaycandan başqa ölkələrə istirahət üçün gedənlər az deyil. Belə ki, Azərbaycandan ən çox turist qonşu Gürcüstana gedir. 2018-ci ildə də bu ənənə davam etdirilib. Bu ilin yanvar ayından martına qədər olan statistik rəqəmlərə görə, Gürcüstana ən çox turist Azərbaycandan səfər edib. Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında deyilir. Hesabatda qeyd olunur ki, bu ilin mart ayında Gürcüstana 133 448 Azərbaycan vətəndaşı səfər edib. Azərbaycan vətəndaşlarının getdiyi ölkələr sırasında ikinci yeri 27,2 faizlə İran, 21,8 faizlə Rusiya, 12,3 faizlə Türkiyə, 1,8 faizlə Ukrayna, 1,5 faizlə Birləşmiş Ərəb Əmirlikləri, 3,8 faizlə isə digər ölkələr tutur. 

Azərbaycandan xarici ölkələrə səfər edənlərin 69,9 faizi kişilər, 30,1 faizi isə qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 21,6 faiz, Gürcüstana gedənlərin sayı 7,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 0,1 faiz azalıb. 

Elmir Murad 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений