Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlıların qatili olan şahın oğlunu Cümhuriyyətin 100 illiyinə kim dəvət edib? - XİN israrla susur



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ABŞ-da keçirilən tədbirə  Güney Azərbaycanda minlərlə soydaşımızın qatili olan Məhəmmədrza  Pəhləvinin oğlunun dəvət edilməsi  ciddi  etiraza səbəb olub.   

Cebhe.info-nun məlumatına görə, Güney Azərbaycan İstiqlalçılar Birliyinin yaydığı bəyanatda belə qeyd edilir:

“Vaşinqton şəhərində Azərbaycan  Səfirliyinin  təşkil etdiyi Cümhuriyyətimizin 100 illiyi münasibətinə keçirilən mərasimdə üzüntülü səhnəyə şahid olduq. Azərbaycan türklərini qətliam edib, qan qusduran  Pəhləvi sülaləsinin qalığı Rza Pəhləvinin heç bir siyasi vəzifəsi olmadan rəsmi qonaq kimi  dəvət olunması bütün Güney Azərbaycan türkünə təhqir, minlərlə şəhidimizin qanına sayğısızlıq və Güney Azərbaycana arxa çevrimək kimi görünməkdədir. Daha üzüntülüsü burdadır ki, bu ürəkağrıdan hadisə heç də təsadüfi  deyil və hətta Azərbaycanın iradəsindən xaric kimi görünür. Pəhləvini siyasi alternativ göstərməyə çalışan çevrələri  Güney Azərbaycan türkü ilə alay etməyi buraxıb  məsələlərə daha da real baxmağa çağırırq. Çünki Güney Azərbaycan türkünün iradəsini görməməzlikdən gələn hər hansi bir layihə və alternativ  mütləq Güney Azərbaycan türkünün silləsi ilə qarşılaşıb, məğlubiyyətə uğrayacaq. Güney Azərbaycan İstiqlalçılar Birliyi  Rza Pəhləvinin Azərbaycan Cümhuriyyəti mərasiminə dəvətinə şiddətlə etirazını bildirir, rəsmilərindən açıqlama gözləyir.  Bununla yanaşı bildirmək istəyirik ki, Güney Azərbaycan türkü İran işğalına qarşı qurtuluş savaşını ardıcıllıqla davam etdirib, müstəqil Güney Azərbaycan Cümhuriyyətini quracaq. Güney Azərbaycan İstiqlalçılar Birliyi elan edir ki, İranın adı altında və tərkibində olmaq istəmir,  belə bir dövləti də heç bir ad və mahiyyətlə qəbul etmir. Güney Azərbaycan türkləri olaraq, bütün gücümüzlə ona qarşı savaşıb, məğlub edəcəyik”.

Cebhe.info xəbər portalı, eləcə də “Cümhuriyət” qəzeti əməkdaşları məsələyə Azərbaycan tərəfinin  rəsmi  münasibətini öyrənmək üçün Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevlə əlaqə saxlamağa çalışıb. Lakin gün ərzində mətbuat katibi israrlı telefon zənglərinə həmişəki kimi cavab verməyib. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений