Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bağı qazdılar "Ferrari" tapdılar



1978-ci ildə həyətlərində oynayan iki uşaq bağda oynarkən çox maraqlı hadisə ilə rastlaşıblar. 

Cebhe.info xarici mediaya istinadən bildirir ki, maraqlı olay ABŞ-ın Los-Anceles şəhərində baş verib. 

Belə ki, uşaqlar oynamaq məqsədi ilə qazdıqları torpaqdan bərk dəmir cisminə rast gəliblər. Daha sonra həyəcanla daha sürətlə yeri qazmağa başlayan uşaqlar oradan "Ferrari" avtomobili tapıblar. Uşaqlar bu barədə dərhal valideynlərinə xəbər verir. Ata isə polisi əraziyə dəvət edərək, onları bu barədə məlumatlandırır. Hadisə yerinə gələn, "Ferrari"ni oradan çıxartmağı bacaran polis işçiləri maşının içindən dəsmal tapıblar. Bundan sonra polis orada meyitin ola biləcəyini ehtimal etsə də, avtomobildən heç nə çıxmayıb. Polisin apardığı araşdırma nəticəsində məlum olub ki, avtomobil iki nəfər tərəfindən restoranın qarşısından qaçırılıb və və hovuzda gizlədilib. Daha sonra oğrular "Ferrari" avtomobilini götürmək üçün geri dönməyib. Ona görə də avtomobil uzun zaman hovuzda qalıb.

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений