Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Bahalaşma ilə bağlı rəqəmlər azaldılır": İqtisadçıdan Dövlət Komitəsinin təhlilinə YANAŞMA



2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,7 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz artıb.

Maraqlıdır, rəsmi infilyasiya rəqəmləri nə dərəcədə real infilyasiya rəqəmlərinə uyğundur?

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bu rəqəmlərin kifayət qədər azaldıldığını bildirib:

“Bir çox ölkələrdə də alternativ hesablamalar aparan qurumlar var. Müxtəlif dünya ölkələrində fəaliyyət göstərən belə şirkətlər xüsusi monitorinq aparır. Nəticə etibarı ilə həmin şirkətlərlə dövlətin rəqəmləri uyğunlaşdırılır, düzgün hesablamalar aparılır. Azərbaycanda alternativ hesablamalar olmadığı üçün rəsmi infilyasiya ilə real infilyasiya arasında nə qədər fərq olduğunu dəqiq demək mümkünsüzdür. Lakin müxtəlif indiqatorlar var ki, onlar vasitəsilə rəsmi və real infilyasiya arasında fərqi müəyyənləşdirmək olur. Bu indiqatorlardan biri ailə zənbili indiqatorudur. Görünən budur ki, ilin əvvəlindən bəzi məhsullarda 30-40 faiz artım olub”. 

İqtisadçının sözlərinə görə, bəzi hallarda rəsmi və real infilyasiya qiymətləri arasında 4 dəfəyədək fərq nəzərə çarpır: 

“Dövlət Statistika Komitəsi ərzaq məhsulları üzrə infilyasiyanı 17.6 faiz göstərir. İnsanlar gəlirlərinin 70-75 faizini ərzaq üçün xərcləyirlər. Bu səbəbdən Azərbaycanda demək olar ki, ərzaq infilyasiyası rəsmi rəqəmlərdən 5-10 faiz yüksəkdir”.

Natiq Cəfərli deyir ki, xidmət sahəsində qiymətlər dövlət nəzarətində olduğu üçün hesablamalar aparmaq daha rahatdı: 

“Burada rəsmi infilyasiya rəqəmləri reallığa daha yaxındır. Qeyri-ərzaq məhsullarında da fərqlilik gözə çarpır. Bəzən qiymətlər bilərəkdən qaldırıldıqdan sonra endirim kampaniyaları başlayır. Belə olan halda endirim qiymətləri rəsmi infilyasiya rəqəmlərinə də pozitiv təsir etmiş olur. Əslində hesablamalar bu şəkildə aparılmamalıdır”. 

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений