Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

BAHALAŞMA: Növbə toyuğa çatır?- “...quş əti də mal əti kimi 12 manat olar”



2016-cı illə müqayisədə 2017-ci ildə “İsmayıllı Quşçuluq” ASC-nin satış və xidmətdən gəlirləri azalıb.

Şirkətin maliyyə hesabatında bildirilir ki, 2016-cı ildə 263 min manat olmuş satışlar 2017-ci ildə 103 min manata düşüb. Eyni zamanda əməliyyat xərcləri də azalıb. 2016-cı ildə 262 min manat təşkil etmiş əməliyyat xərcləri 2017-ci ildə 102 min manata düşüb. Ötən il əməliyyat xərclərinin 62 min manatı  qarışıq yem və damazlıq cücə alışı ilə əlaqədar olub. ASC 2017-ci ili 662 manat xalis mənfəətlə başa vurub.

31 dekabr 2017-ci ildə “İsmayıllı Quşçuluq” 1 milyon 893 min manat cəmi aktivlərə malik olub. 2016-cı ilin sonunda cəmi aktivlər 1 milyon 941 min manat təşkil etmişdi.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, “İsmayıllı Quşçuluq” ASC xırda bir təsərrüfatdır: “Ölkəyə gətirilən yemlər həddən artıq bahalaşıb. Azərbaycanda istehsal olunan qarğıdalı, buğda yemlərinin adı var, faktiki 10-15 faiz ehtiyacı ödəyir. Adıçəkilən müəssisə kənar yerdə yerləşir və xırda təsərrüfat sayılır. Yem baha olduğuna görə istər-istəməz istehsalı da azalır”. Cəmiyyət sədrinin sözlərinə görə, hazırda Azərbaycanda qeydiyyatda olan və olmayan təxminə 50-yə yaxın quşçuluq şirkəti var: “Yerindən duran quşçuluq ferması açır. Müəssisəyə ad qoyub müəyyən vaxtda qədər işlədir, sonra da bankrot olub bağlanırlar. Bakının bütün kəndlərində demək olar ki, hər kəsə həyətində quşçuluq ferması var. Qeydiyyatda olan fabriklərin sayı 30-dur. Tək Hövsan qəsəbəsindən gündə satışa 20 ton ət çıxarılır. Amma heç bir yerdə qeydiyyatları yoxdur”.

Aydın Əliyev qeyd edib ki, ölkədə istehsal olunan quş ətləri əhalinin tələbatını ödəyir: “Çalışırıq ki, xaricdən ölkəyə quş əti gətirilməsin. Qeydiyyatda olan və olmayan bütün quş ətləri daxili bazara çıxarılıb istehlakçılara təqdim olunur. Əgər ölkədə tələbat ödənilməsə, quş ətinin qiyməti mal əti kimi 12 manat olar. Quş əti mal ətindən 4 dəfə ucuzdur. Hazırda əhalinin yumurtaya olan tələbatı da ödənilir. Sadəcə olaraq, qeydiyyat məsələsində pərakəndəlik var. Buna görə də istehsal barədə statistik məlumatlar dəqiq deyil”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений