Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bahalı neft: Həm də risk yaradır



ABŞ-ın investisiya bankı "Bank of America Merrill Lynch", xam neft qiymətlərinin gələn il 100 dollara qalxa biləcəyini açıqlayıb.

Bankın hesabatında, gələn il qlobal neft bazarında tələb və təklif balansında kəsir olacağı bildirilib. Hesabatda, dünya üzrə ən geniş istifadə edilən Brend markalı xam neftin orta hesabla barelinin bu il 70 dollar, gələn il isə 75 dollar olacağı proqnozu yer alıb. Bankın Əmtəə Araşdırmaları Departamentinin direktoru Francisko Blanch bildirib ki, 2019-un ikinci yarısı üçün “Brent”ə 90 dollar qiymət hədəfi qoyduqları və xam neft qiymətlərinin gələn il 100 dollara çatması riski olduğunu görülür.

Gələcək 18 ayda qlobal neft tələb- təklif balansında kəsir (təklif tələbi tam ödəməyəcək) gözləndiyinə diqqət çəkilən hesabatda, Venesuelada düşən neft hasilatına və İranın xam neft ixracının azalması ehtimalına işarə edilib. Hesabatda, ABŞ-la İran arasında 6 ay ərzində yeni bir müqavilə bağlanmaması və ya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya daxil tərəfdaşlarının hasilatın azaldılması müqaviləsinin gələn il də davam etməsi hallarında, qlobal neft bazarında kəsirin yaranmasının mümkün olduğu barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın ölkəsinin İranla nüvə müqaviləsindən birtərəfli qaydada çıxdığını elan etdikdən sonra neft qiymətləri yüksəlib.

Mayın 15-nə günorta saatlarına olan məlumata görə Brent markalı xam neftin bir barelinin qiyməti 2014-cü il noyabrın 26-dan bu vaxtadək ilk dəfə 78 dolları keçib. “Light” markalı xam neftin bir barelinin qiyməti isə son 3,6 ilin maksimumuna çataraq 70,8 dollara qədər yüksəlib.

Londonun ICE birjasında Brent markalı neftin bir bareli 78,17 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 70,88 dollara alıcı axtarır. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,81 dollar bahalaşaraq 78,61 dollar olub. Maraqlıdır, neft qiymətlərinin gələn il 100 dollara çatması riski yerli iqtisadiyyata hansısa risk yaradırmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanın neft ixrac edən ölkə olduğunu vurğulayıb: “İxracatçı ölkə olduğumuz üçün neftin qiyməti nə qədər yüksək olsa, gəlirlərimiz də bir o qədər çox olacaq. Amma idxalçı ölkələrdə müəyyən problemlərin yaranma ehtimalları var. İlk növbədə qiymət artımı olur və.s. Amma Azərbaycan kimi dövlətlər üçün bunun böyük əhəmiyyəti var”.

Deputata gələn il neftin qiymətinin 100 dollara çatacağına inanmadığını da qeyd edib: “Neftin qiymətinin artması siyasi amillərdən qaynaqlanır. Son vaxtlar ABŞ prezidentin İrana qarşı qaldırdığı məsələlər, nüvə razılaşmasından birtərəfli qaydada imtina etməsi, eləcə də Amerikanın rəsmi Tehrana sanksiyaların tətbiq edilməsi ilə bağlı gedən müzakirələr neftin qiymətinə birbaşa təsir edir. Ola bilər ki, neftin qiymətlindəki artım müəyyən müddətə qədər davam etsin. Amma neftin qiymətinin yenidən düşmə ehtimalı da qacılmazdır və bu olacaq”.

Vahid Əhmədovun sözlərinə görə, neftin qiymətinin artması Azərbaycanın gəlirlərinə də təsir göstərir: “2018-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürülüb. Hazırda neftin qiyməti 70 dollardan artıqdır. Əlbəttə, neftin qiymətinin artması ilə əlaqədar ölkəyə əlavə gəlirlər gəlir. Çünki biz neft ixrac edən ölkəyik”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений