Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Bakı Metropoliteni" növbəti sosial layihəni gerçəkləşdirəcək



Sentyabrın 18-də musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür.  Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. 

Cebhe.info xəbər verir ki, bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30; 
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений