Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı metrosunda generator ona görə yoxdur ki: Sovet dövründə tikilib - AÇIQLAMA



Ölkədə elektrik enerjisi verilişində yaranmış problem “Bakı Metropoliteni” QSC-nin qatarlarının hərəkətini də iflic etdi. Qatarlar tuneldə qaldı, sərnişinlərin qorxması isə ciddi ajiotaj yaratmış oldu. Bundan sonra məlum oldu ki, “Bakı Metropoliteni” QSC bu cür fövqəladə vəziyyətlərə heç də hazırlıqlı deyilmiş. 

İyulun 4-də prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş müşavirədə “Bakı Metropoliteni” QSC-yə bu cür fövqəladə vəziyyətlərdə alternativ enerji ilə təminat üçün generatorların alınması tapşırldı. Amma insanların beynində bir sual da yarandı. Uzun müddətdir fəaliyyət gösətərən bu cür strateji nəqliyyat vasitəsinin indiyənə kimi niyə generatorları olmayıb?

Bu suala cavab verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov qeyd etdi ki, çoxlarına sözügedən məsələ asan gələ bilər, amma bu əsaslı bir məsələdir. Onun sözlərinə görə, Makı Metropoliteni Sovet dövründə tikildiyindən alterantiv generatorların quraşıdırlması həmin vaxtı nəzərə alınmayıb: 

"Sadəcə olaraq yarımstansiyalarda akumlyator olub. Həmin akkumulyatorlar da qəza işıqlanması və sair cüzi məsələləri həll etmək üçün nəzərdə tutulub. Bu yarımstansiyalar qəzalar zamanı minimal məsələlərin həllini ödəyə bililir. Böyük miqyaslı, xüsusən də qatarları tuneldən çıxara biləcək məsələ qlobal yanaşma tələb edir. Bu məsələ çox ciddi yanaşma tələb edir. Təbii ki, bu ölkənin energetiklərinin də, aidiyyatı qurumların da rəyinin öyrənilməsini və bu sahədə tətbiqini tələb edən bir məsələdir". 

Prezidentin tapşırığı ilə artıq bu istiqamətdə işlərə başlanıldığını deyən qurum sözçüsü bildirdi ki, görülən tədbirlər energetiklərlə də, hökumətlə də razılaşdırılır. B. Məmmədovun sözlərinə görə, prezidentin verdiyi tapşırığa ciddi yanaşılır və bu işi həyata keçirmək üçün təmsil etdiyi qurumun bütün imkanları var: 

"Təzə xətlərimizdəki yarımstansiyalarda dizel generatoru olacaq. Bunu köhnə stansiyalrımızda da tətbiq etməyi düşünürük. Həmin dizel generatorlar məhz fövqəladə vəziyyətlərdə alternativ enerji olacaq. Adi generatorlar bir neçə gün əvvəl baş vermiş halın qarşısını ala bilməzdi. Bizim energetiklər savadsız deyil, onlar dünyada tanınmış adamlardı. Bu adi qayda da mümkün olsaydı, onlar bunu çoxdan edərdi". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений