Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bakı zooparkında meymun qəfəsində kombi quraşdırıldı - VİDEO



Hər il olduğu kimi, yayda qış üçün, qışda isə yay üçün hazırlıq görən Bakı Zooparkı soyuq qış günlərinə artıq hazırdır.

 APA TV xəbər verir ki, heyvanların həyat tərzinə uyğun xüsusi şərait yaradılıb.

Zooparkın direktoru Azər Hüseynov deyir ki, soyuğa davamlı heyvanlar zooparkda öz həyatlarına olduğu kimi davam edir, isti sevən heyvanların qəfəslərinə isə istilik sistemi quraşdırılıb: “İstilik sistemi yoxlanılıb, artıq kombi sistemlərini yandırmışıq. Bu, meymunların saxlanma yerinə aiddir. Timsahda isti döşəmədir. Tutuquşular, yaquar və kenquru olan yerlərdə istilik olmadığına görə işıq sistemi ilə yağ radiatoru qoymuşuq”.

Qışa əsas hazırlıqlardan biri də yem tədarüküdür. Mövsümlə əlaqədar zoopark sakinlərinin qidalarında da dəyişiklik edilib: “Yonca otu tədarük etmişik, arpa, buğda, qarğıdalı, qarışıq yem, kəpək də var. Yırtıcı heyvanların qidasında yayda 6-7 kiloqram ət veririksə, qışda 2 kiloqram artırılır” .

Qışa tədarüklə yanaşı, zooparka yeni heyvanlar da gətirilib.

Heyvanat parkının direktoru deyir ki, həmin heyvanlar artıq zooparkın şəraitinə uyğunlaşıb. Havalar soyusa da, zoopark sakinlərini ziyarətə gələnlərin sayı azalmır. Bura balacaların sevimli məkanı olsa da, böyüklər də gəlir:

“Mənim nəvəm bloqerdir, zooparka buradan video çəkmək üçün gəlib, “Youtube”a yerləşdirərək Bakı zooparkının necə olduğunu dünyaya göstərmək istəyir”.

 Havalar soyumağa başlasa da, hələlik parkda qış yuxusuna gedən heyvan yoxdur.

Qeyd edək ki, hazırda Bakı Zooloji Parkında 150 növ və 1200 başdan çox heyvan və quş saxlanılır.

 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений