Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bakıda “jAzzeri Muğam Bands” caz musiqisi axşamı olacaq



Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

Cebhe.info xəbər verir ki, “jAzzeri Muğam Bands” caz musiqisi axşamında əməkdar incəsənət xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, əməkdar artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet iştirak edəcəklər.

Konsertdə yerli caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur əsərlər səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərini “iticket.az”dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений