hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Bakıda 15 yaşlı uşağın müəmmalı intiharı: "Mavi balina" daha bir can aldı? – İDDİA-ÖZƏL

Bakıda 15 yaşlı uşağın müəmmalı intiharı: "Mavi balina" daha bir can aldı? – İDDİA-ÖZƏL

Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yeniyetmə intihar edib. 

Cebhe.info-ya hadisənin təfərrüatları barədə qəsəbə sakinləri məlumat veriblər. Dünən axşam saatlarında “Mavi Balina” oyunu oynayan 15 yaşlı gənc oğlan oyunun son seansının təlimatına görə özünü asıb. Gəncin intihar səhnəsi telefonunda anbaan görüntülənib. 

Övladlarının cansız bədəni ilə qarşılaşan valideynləri oğlanın telefonunda davam edən çəkilişdə onun özünü necə asması səhnəsini izləyiblər. Hadisə yerinə rayon polis idarəsinin əməkdaşları gəlib. İntihar edən gəncin valideynləri və doğmaları hələ də şokdadır. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1216