Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda 16 mərtəbəli binadan "Lexus" maşının üzərinə 300 kərpic düşdü - VİDEO



Bakıda binadan avtomobilin üzərinə çox sayda kərpic düşüb. 

BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Binanın 8-ci mərtəbəsinin eyvanından 300 ədəd kərpic həyətdə dayanan "LEXUS 460" markalı avtomobilin üzərinə düşüb. Təxminən 35 min dollar civarında olan avtomobil tam yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ətrafda insanlar olmayıb. 

Mənzildə təmir aparan ev sahibi ilə avtomobilin sahibi arasında bu hadisəyə görə mübahisə yaşanıb. Avtomobilin sahibi yeni maşın alınmasını tələb edir. Ev sahibi isə avtomobili təmir edəcəyini bildirir. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları əraziyə gəlib. 

Faktla bağlı araşdırma aparılır.  

Qeyd edək ki, bəzi xəbər saytları avtomobilin üzərinə paltaryuyan maşının düşdüyünü yazmışdı. BAKU.WS məsələni araşdıraraq düzgün məlumat yazıb və oxucularımıza dəqiq informasiya çatdırıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений