Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda 3 otaqlı, Masallıda isə 6 otaqlı ev yanıb



Bakı və Masallıda yanğın hadisəsi qeydə alınıb. Cebhe.info FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə, taxtadan ibarət arakəsmə divarları 25 m2 sahədə yanıb. Yüksək temperaturdan 2 otaq və dəhliz 40 m2 sahədə qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Masallı rayonu, Ərkivan kəndində ümumi sahəsi 200 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m2 sahədə və dam örtüyü 70 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений