Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda avtobus sürücüsü 25 qəpiyə görə döyüldü – Video



Paytaxtdakı avtobuslardan birində sürücü ilə sərnişin arasındakı mübahisə soradan davaya çevrilib.

Bununla bağlı kadrlar lentə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə 125 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib. Avtobusa uşağı ilə minmək istəyən qadınla sürücü arasindakı mübahisə gediş haqqı üstündə yaranıb. Belə ki, sürücü qadından usağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib.

Bu zaman salondakı sərnişinlərdən biri yaxınlaşaraq uşaq üçün də gediş haqqı ödəyib. Qadin sərnişin yenə mübahisəsini davam etdirərək sürücüyə “sən mənə 25 qəpik borclusan” deyib. Sürücü də öz növbəsində bildirib ki, ödənişi edən oğlan ödəməyəydi.

Bundan sonra oğlan və dostları sürücü ilə mübahisə etməyə başlayıblar. Sürücü onları mübahisəni sonuncu dayanacaqda davam etdirəcəyi ilə bağlı hədələyib. Sürücünün yoluna davam etməsi oğlanların aqresivləşməsinə səbəb olub. Hadisə şahidlərinin dediyinə görə, onlar marşrut hərəkətdəykən sürücüyə hücum ediblər. Sürücünün döyülməsinə digər sərnişinlər çətinliklə də olsa mane ola biliblər.

Qeyd edək ki, dava zamanı avtobusun şüşəsi sındırılıb.

Bakubus MMC-dən bildirilib ki, sürücü artıq hüquq mühafizə orqanlarına müraciət edib. Bundan əlavə şirkət tərəfindən də müvafiq sənədlər hazırlanır ki, polisə təqdim edilsin.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, məsələ araşdırılır. Nəticəyə uyğun olaraq daşıyıcı tərəfindən tədbir görüləcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений