Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda bağçada uşaqları belə saxlayır: Divar qarşısında düzüb...-VİDEO



Bakıda özəl bağçalardan biri olan "KİDS Studio"da uşaqlarla rəftarla bağlı videogörüntülər media və sosial şəbəkələrdə yayılıb.

Cebhe.info-nun xəbərinə görə, görüntüyə əsasən, bağçanın müəllim və tərbiyəçiləri 3-4 yaşlı körpələrlə kobud rəftar edir, onları divar qarşısında dayanmağa məcbur edirlər.

Həmin görüntülərdə müxtəlif vaxtlarda bağçanın ayrı-ayrı işçilərinın uşaqlarla kobud rəftarı əks olunub.

Təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdən hər gün bu cür hadisələrin təkrarlandığı üzə çıxıb. Bağçanın müvafiq icra hakimiyyəti orqanından lisenziyasının da olmadığı bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğu deyilir. 

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений