Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda bina uçdu, maşınlar xurd-xəşil oldu



Bu gün Bakının Binəqədi rayonunda qaçqınların məskunlaşdığı deyilən və uzun müddətdir qəzalı vəziyyətdə olan bina uçub.

Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi foto və videokadrlara əsasən, bir neçə avtomobil binanın dağıntıları altında qalaraq tamamilə yararsız vəziyyətə düşüb.

Bildirilir ki, Binəqədi qəsəbəsinin girəcəyində, “2-ci mədən” ərazisində yerləşən birmərtəbəli bina SOCAR-ın balansında olub və əvvəllər yeməkxana kimi istifadə edilib. Binanın yarısı uçub, hadisə zamanı xəsarət alanların olub-olmadığı hələ məlum deyil. Yaxınlıqda ötən əsrin əvvəllərində neft sənayesi üçün tikilmiş daha bir neçə belə qəzalı binanın olduğu bildirilir. Təfərrüatları çatdıracağıq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений