Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bakıda binalara ZƏLZƏLƏ TƏHLÜKƏSİ: "Bəzi MTK-lar hansısa güc hesabına ekspertizadan keçmir"



Azərbaycanda hansı binalar zəlzələyə davamlıdır, hansılar yox?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev Cebhe.info-ya bu haqda açıqlama verib. Ümumilikdə, Azərbaycandakı köhnə və yeni tikililərin vəziyyətini dəyərləndirən mühəndis təhlükəli zonalardan da danışıb:

"Karkas binalarda təhlükəsizlik qorunur. Karkaslı binalar daha möhkəm olduğu üçün zəlzələyə davamlıdır. 2000-ci ildə baş verən zəlzələdə xüsusən də, köhnə binalar sınaqdan keçib. Lakin yeni binalarda etibarlılıqla bağlı heç nə deyə bilmərəm. Düzdür, yeni mənzil tikinti koorporativləri də layihələri ekspetiziyadan keçirilir".

Mütəxəssisin sözlərinə görə bəzi MTK-lar müəyyən güclər hesabına bu ekspertizadan keçmirlər: 

"Lakin təəssüflər olsun ki, bəzən bu MTK-lar ağa gücünə bağlı olduqları üçün ekspertizadan keçmirlər. Hansı ki, bu ekspertiza ilə yerin dayanıqlığı, sürüşməyə meyilli olub-olmaması öyrənilir.  Ümumi qiymətləndirdikdə deyə bilərik ki, binaların böyük əksəriyyəti, həmçinin yeni tikililər zəlzələyə davamlıdır".

Binanın zəlzələyə davamlılığını öyrənmək üçün o müayinədən keçməlidir. Ekspertin sözlərinə görə, xüsusən də, sürüşmə zonalarında tikilən binalar təhlükə mənbəyidir: 

"Buna misal olaraq Bayıl və Zığdakı yeni tikililəri göstərmək olar. Yamacı kəssələr də, istinad divarı tikmirlər. Binanı tikmək üçün onun konkret layihəsi olmalı, geoloji kəşfiyyat işləri aparılmalı, yerin dayanıqlılığı öyrənilməlidir. Sürüşməyə qarşı müəyyən tədbirlər görülməlidir. Lakin təəssüflər olsun ki, heç bir tədbir görülmür. Zığda ev tikilərkən də bu proseslər öyrənilmir. Camaat evi, torpağı olduğu üçün sevinir".

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений