Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bakıda bu parklarda PULSUZ Wi-Fi var - Siyahı



Artıq ötən ildən etibarən Azərbaycanda “İctimai internet” layihəsinə start verilib. 19 mart tarixində Dövlət Bayraq Meydanı da daxil olmaqla Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelecom”) tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai İnternet” şəbəkəsinin açılışı olub. 

Davamlı olaraq pulsuz WI-FI-lər olan parklar haqda məlumat veririk. Bu siyahını ümumiləşdirilmiş şəkildə isə belə təqdim etmək olar:

“Dövlət Bayraq Meydanı”
“Dənizkənarı Milli Park”
“İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”nun ərazisi
“Ağ şəhər”
“Sahil bağı”
“Heydər Əliyev Mərkəzi”nin parkı
“Xaqani bağı”
“Sabir bağı”
“Axundov bağı”
“Qış parkı”
“Zabitlər bağ”ı
“Hüseyn Cavid” parkı
“Səməd Vurğun”
“Muğan bağı”

Nazirlikdən Cebhe.info-ya bildirilib ki, yaxın zamanlarda Nərimanov metrosunun çıxışında yerləşən park və Dədə Qorqud parkı ictimai internet şəbəkəsinə qoşulacaq. Artıq bu istiqamətdə müəyyən işlərə başlanılıb.

Qeyd edək ki, “Baktelecom” tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə “Pulsuz WiFi” xidmətindən istifadə edənlərin sayı 6 ay ərzində yarım milyonu (500.000) ötdü. Hazırda pulsuz wi-fi şəbəkəsinə qoşulma sayı 850 mini ötüb. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений