Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda istiliyin olmamasının səbəbi bilindi - AÇIQLAMA



Noyabrın 15-dən etibarən yaşayış binalarının istiliklə təmin ediləcəyi bildirilsə də, paytaxtdakı bəzi binalara hələ istilik verilməyib.

AzNews.az-a Bakının Yasamal, Nəsimi və Nizami rayonlarından daxil olan şikayətlərə əsasən məsələni araşdırdıq.

Sakinlər deyir ki, hər il vaxtı-vaxtında istilik pulunu ödəsələr də, mənzilləri istiliklə normal təmin olunmur. İstiliyin verilmədiyi yay aylarında istilik boruları, onların metal avadanlıqları metal yığanlar tərəfindən oğurlanıb.

"Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev AzNews.az-a açıqlamasında faktı təsdiqləyib. Rafiq Əliyev deyib ki, Nəsimi rayonunda metal oğurluğu barədə idarəyə məlumat daxil olub.

Onun sözlərinə görə, problem qısa müddətdə aradan qaldırılacaq və istilik sisteminin fəaliyyəti bərpa olunacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений