Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda kondisioner ustası tapılmır: Peşə məktəbləri üçün QEYD



Yayın isti günlərində Bakı sakinləri bir problemlə də üzləşiblər. 

Cebhe.info-ya daxil olan şikayətlərə görə, kondisionerlərin təmir olunması əsl problemə çevirilib. 

Kiminsə kondosionerində problem yaranırsa,  o, çıxılmaz vəziyyətə düşməli olur. Paytaxtda kondisioner təmiri ilə məşğul olan usta tapılmır. Sakinlərin bildirdiyinə görə soyuducuların təmiri ilə də bağlı eyni vəziyyət yaranır. Şikayətçilər qeyd edirlər ki, ütü, fen və digər kiçik, eləcə də nisbətən ucuz olan məişət avadanlığında problem yaranan zaman bunları yeniləri ilə əvəzləmək olur. Amma kondissioner və soyuducu kimi elektrik cihazlarının sırdan çıxması sakinlərin ciddi problemlərlə üzləşməsinə səbəb olur. 

Bəs, ölkəmizdə bu ixtisaslar tədris olunmurmu? 

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. 

Cebhe.info həmin Agentliklə əlaqə cəhdləri baş tutmayıb. Amma Agentliyin internet portalında qeyd olunan ixtisasların arasında ”elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektik montyoru” adlı ixtisas qeyd olunub.

Bu ixtisas çərçivəsində kondissioner və soyuducu təmirinin tədris olunub-olunmadığını isə deyə bilmərik. Azərbaycanda peşə ixtisası təhsilinin hansı səviyyədə tədris olunması isə heç kimə sirr deyil. Zənnimizcə, bu cür ixtisaslar üzrə kadrların yetişdirilməsi ölkəmizdə işsizliyin bir qədər aradan qalxmasına rəvac verə bilər.

Qeyd edək ki, məsələni araşdırmaq üçün Təhsil Nazirliyinə də sorğu göndərmişik.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений